Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Evin zindanın ümumi bölməsinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanının təhlükəsizlik təcridxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Səid Minai zindanın ümumi bölməsinə köçürülüb.

Güney Azərbaycanın Binab şəhərindən olan Səid Minai fevralın 6-da rejimin ETTELAAT məmurları tərəfindən həbs edilib.

Təbrizin təhlükəsizlik təcridxanasından dindirilən azərbaycanlı milli fəal fevralın 11-də Tehran həbsxanasına köçürülüb.

Qeyd edək ki, Səid Minai Azərbaycan türkcəsi və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə, Urmiya gölü ilə bağlı fəaliyyətlərinə görə, bundan öncə də bir neçə dəfə həbs edilmişdi.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …