Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Məhəmmədrza Məhərrəmi vəsiqə qarşılığında zaminə buraxılıb.

Məhərrəmi məhkəmə prosesinin sonuna qədər 100 milyon tümən girov qarşılığında rejimin Təbrizdəki zindanından azad edilib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Məhəmmədrza Məhərrəmi avqustun 22-də “Traxtur”un Təbrizin Səhənd stadionundakı oyununa “Urmu gölü qurumasın” yazısı olan köynək geyinərək gəlmişdi. Bu səbəbdən tutulan gəncin fiziki işgəncələrə məruz qalması barədə məlumat yayılmışdı.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …