Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı sənətçi sərbəst buraxıldı

GADTB: Avqustun 6-da çərşənbə günü səhər saatlarından Təbrizdə ETTELAAT İdarəsinə çağırıldıqdan sonra həbs edilən azərbaycanlı sənətçi xanım Aşqın İmami saatlarla davam edən sorğu-sualdan sonra cümə axşamı səhər sərbəst buraxılıb.

Həbs qnunsuz olaraq, məhkəmənin qərarı olmadan və qeyri-müəyyən şəraitdə baş tutub.

Sənətçiyə yaxın mənbələr onun vəkilsiz saatlarla davam edən intensiv sorğu-sualdan sonra cümə axşamı səhər buraxıldığını açıqlayıb.

Açqın İmaminin həbsindən sonra onun 45 minə yaxın izləyicisi olan İnstaqram səhifəsi də əlçatmaz olub və ETTELAAT orqanları tərəfindən tamamilə müsadirə edilib. Səhifədə əvvəlki bütün materiallar silinib, onun istifadəçi adı və profil şəkli də dəyişdirilib.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl ETTELAAT məmurları məhkəmə qərarı olmadan Aşqın İmaminin evinə basqın etmişdilər. Bu basqın zamanı onun şəxsi əşyaları, o cümlədən mobil telefonu və noutbuku götürülmüşü.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …