Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Molla rejimin Həbs etdiyi Mürtəza Pərvinin durumu pisləşir

GADTB: Evin həbsxanasının 7-ci palatasında həbsdə olan azərbaycanlı vizual rəssam və vətəndaş fəalı Mürtəza Pərvin 13 avqust 2025-ci il, çərşənbə günü ailəsi ilə apardığı qısa telefon danışığında vəziyyətinin pisləşməsinə baxmayaraq, Evin Həbsxanasının mühafizəçiləri tərəfindən xəstəxanaya köçürməsinə imkan verilmədiyini bildirib.

Mürtəza Pərvinin yaxınlarının verdiyi məlumata görə, Mürtəza bəy avqustun 7-də Böyük Tehran həbsxanasından Evin həbsxanasına köçürülən zaman həbsxana işçiləri tərəfindən döyülüb.

Məruz qaldığı fiziki şiddət səbəbindən Mürtəza Pərvində böyrək çatışmazlığı problemi və oynaq ağrıları şiddətlənib.

Mürtəza Pərvin avqustun 8-də Evin həbsxanasında aldığı tibbi müayinə zamanı həbsxanasının həkimi onun həbsxanadan kənarda müayinə olunmalı olduğunu bildirib. Fəalın ailəsinin bildirdiyinə görə isə həbsxana rəsmiləri onun xəstəxanaya köçürülməsinə imkan verməyiblər.

Xatırladaq ki, Mürtəza Pərvin 2024-ci il fevralın 6-də toplaşmaq və daxili/xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək və İran İslam Respublikasına qarşı təbliğat aparmaq üçün əlbir olmaq ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …