Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimin irqçi siyasətinin banilərindən Rizvan Həkimzadə Pezeşkianın komandasına cəlb olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin irqçi siyasətinin banilərindən Rizvan Həkimzadə İranın yeni Prezidenti Məsud Pezeşkianın başçılıq etdiyi 14-cü hökumətin Təhsil Nazirliyinin Siyasət Komitəsinin üzvlərindən biri təyin edilib.

Rizvan Həkimzadə bundan əvvəl məktəbə qədərki dövrdə uşaqların farscanı məcburi öyrənmələri üçün hazırlanan layihənin müəllifi və icraçılarındandır.

Rizvan Həkimzadə və onun əməkdaşlarının bundan əvvəl hazırlayıb və icrasına başladıqları layihə qeyri-fars uşaqların ana dillərini unutdurmağa hesablanıb.

Layihəyə görə, uşaqlar 4 yaşından fars dilini öyrənməli və məktəbə daxil olmaq üçün bu dildən imtahan verməlidir.

4 yaşında fars dilini yaxşı mənimsəyə bilməyən uşaqlar isə xüsusi təlim mərkəzlərinə göndərilməlidirlər.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …