Bazar ertəsi , Fevral 9 2026
azfa

Molla rejimin məmurları təbrizli yeniyetmənin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsinin əməkdaşları Təbrizdə 17 yaşlı yeniyetmə Nigar Dəbbağının yaşadığı ata evinə hücum edib.

Molla rejimin məmurları məhkəmə qərarı olmadan evə girib, axtarış aparıb və Nigar Dəbbağiyə məxsus telefon, komputer və başqa şəxsi əşyaları müsadirə ediblər.

Qeyd edək ki, Təbrizin Baharistan texnikomunun şagirdi azərbaycanlı yeniyetmə noyabrın 13-də həbs olun və dekabrın əvvəlində 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

O, “vətəndaşları ölkənin milli təhlükəsizliyinə qarşı çıxmağa təhrik etmək”, “hökumətə qarşı təbliğat” və “islam inqilabının banisi və İranın rəhbərini təhqir etək”də günahlandırılıb.

Nigar Dəbbağı sosial mediada verdiyi açıqlamada, istintaq zamanı psixoloji təziqlərə məruz qaldığını və müstəntiqin onu ruhi xəstəxanaya salacağı ilə bağlı təhdid etdiyini bildirib.

Həmçinin yoxlayın

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …

SEPAH-a bağlı müəllim Azərbaycan Ordusunun Güney Azərbaycana hücum edəcəyini iddia edir

GADTB: SEPAH-la bağlı universitet müəllimi bu dəfə Güney Azərbaycanı hədəf aldı və etirazlar davam edərsə, …