Çərşənbə , İyul 16 2025
azfa

Molla rejimin məmurları Urmiyada azərbaycanlı fəalın ailəsinə qarşı zor tətbiq ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları dünən səhər azərbaycanlı milli fəal Salar Tahir Əfşarın ata evinə hücum edərək, qapını sındırıb və fəalı həbs edərək ailəyə qarşı zor tətbiq ediblər.

Xüsusi vəhşilik nümayiş etdirən rejimin məmurları evdə axtarış aparıblar. Axtarış zamanı milli fəalın anası, atası və bacısı hücuma məruz qalaraq döyülüblər.

Məlumata görə, Tahir Əfşarın ailə üzvləri və təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma evdən kənarda da davam edib. Nəticədə hökumət qüvvələri azərbaycanlı fəalın atası və bacısının yoldaşını həbs etməyə çalışıblar, lakin ətrafdakı insanların etirazları səbəbindən onları azad etmək məcburiyyətində qalıblar.

Qeyd olunub ki, azərbaycanlı fəalın özünün şəxsi əşyaları ilə yanaşı, bacısına məxsus mobil telefon və avtomobilinin sənədləri də müsadirə edilib.

Həmçinin yoxlayın

Molla rejimin Azərbaycanın qərbində cinayətkar bandası Naci Şərifi Zindəşti Avropa Şurası tərəfindən sanksiyaya məruz qalıb

GADTB: İrqçi fars-molla rejimin Güney Azərbaycanın qərb bölgəsində yetişdirdiyi cinayətkar və terror bandasının başçısı Naci …

Molla rejimi öyrəncini sosial media paylaşımına görə həbs edib

GADTB: İrqçi fars-molla rejimi Təbriz Tibb Universitetinin Əczaçılıq fakültəsinin öyrəncisi və İslam Tələbə Birliyinin üzvü …