Molla rejimin müstəmləkə siyasəti nəticəsində Təbriz və Tufarqan kəndlərinə su verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizin yaxınlığında olan 16 kənd və Tufarqan şəhərinin (Azərşəhr) yaxınlığındakı 13 kəndə su verilmir.

Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirlətinin rəisi Məhəmməd Xani bununla bağlı məlumat verib.

Xani bundan əvvəlki çıxışlarında olduğu kimi yenə də problemin cari ildə həll olunacağı barədə vəd verib.

Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı başqa bölgələrdə də su qıtlığı şiddətlənib.

Ümumilikdə irqçi fars-molla rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti nəticəsində hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su çatışmazlığı yaşanır.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …