Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin müstəmləkə siyasəti nəticəsində Şərqi Azərbaycan əhalisinin 25 faizi qeyri-standart evlərdə yaşayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin müstəmləkə siyasəti Şərqi Azərbaycan şəhərlərində əhalinin yoxul olmasına və nəticədə zəlzələyə davamsız olan evlərdə yaşamasına səbəb olub. Məsələyə toxunmayan Şərqi Azərbaycan valisinin sosial və mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Əsədullahi deyib ki, əhalinin 25 faizi qeyri-standart və yaşayışa uyğun olmayan evlərdə yaşayır.

Bununla yanaşı Şərqi Azərbaycanın Mənzil Tikinti İdarəsinin rəisinin yollar və şəhərsalma üzrə müavini Mehdi İshəqinejad əyalətdə 9364 hektara yaxın köhnəlmiş və qeyri-standart yaşayış yerlərinin olduğunu bildirib.

Şərqi Azərbaycan əyalətinin Yol və Şəhərsalma İdarəsinin rəisi Əmir Bəxşi də nazir müavininin dediklərini təsdiq edərək deyib ki, Təbrizdə 693 min nəfər 3300 hektar ərazidə yerləşən  210 min qeyri-standart və köhnəlmış binalarda  yaşayır.

Qeyd edək ki, bir müddət öncə Şərqi Azərbaycanın Mənzil Tikinti İdarəsinin rəisinin yollar və şəhərsalma üzrə müavini Mehdi İshəqinejad əyalətdə 9364 hektara yaxın köhnəlmiş və zəlzələyə davamlı olmayan yaşayış yerlərinin olduğunu bildirərək, demişdi ki, bu tikililərdə 1 milyon 510 minə yaxın insanın yaşayır.

Həmçinin yoxlayın

Vaşinqton İslam Respublikasının neft maliyyə şəbəkəsinə yeni dağıdıcı zərbə vurdu: banklar, valyuta mübadiləsi şirkətləri və s. sanksiya tətbiq edildi

GADTB: ABŞ Maliyyə Nazirliyi yeni sanksiyalar mərhələsində İslam Respublikasının neft gəlirlərinin köçürülməsində iştirak etməkdə ittiham …

Tramp İrana yenidən hücum ehtimalından danışdı, lakin quru qoşunlarının göndərilməsini istisna etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə, xüsusilə Nətənz yaxınlığındakı yeraltı “Kuh Koləng Qəzla” …