Çərşənbə axşamı , Aprel 22 2025
azfa

Molla rejimin nüvə silahının qarşısını almaq üçün yeni anlaşmaya ehtiyac var

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranla nüvə razılaşmasını “boş kağız parçası” adlandırıb.

O deyib ki, Ranın nüvə silahının qarşısını almaq üçün yeni anlaşmaya ehtiyac var.

Qrossi bu barədə fevralın 20-də Tokio şəhərində keçirilən mətbuat konfransında çıxış edərkən danışıb.

“Düşünmürəm ki, kimsə hazırda İranla nüvə razılaşmasının mühüm rol oynaya biləcəyini hesab etsin. Bu razılaşma bir müddət icra olundu, lakin indi bu razılaşma artıq köhnəlib.”

Qeyd edək ki, İranla nüvə razılaşmasının müddətinin bitməsinə yeddi ay qalıb. Bu müqavilə 2015-ci ildə İran və beş dünya gücü, o cümlədən Amerika arasında imzalanmışdı. Lakin Amerikanın prezidenti Donald Tramp birinci prezidentlik dövründə birtərəfli qaydada bu razılaşmadan çıxmış və bundan sonra İran da bu razılaşma üzrə öhdəliklərinə əməl etməyəcəyini elan etmişdi.

Xatırladaq ki, ötən həftə həftə Münhen Təhlükəsizlik Konfransında iştirak edən Qrossi, Tehranın uranı nüvə silahı əldə etmək səviyyəsinə yaxın həddə zənginləşdirdiyini bildirmiş və İranın nüvə proqramını nəzarət altına almaq üçün razılığa gəlmək imkanının tükəndiyini demişdi.

“Wall Street Journal” yazır ki, Amerikanın keçmiş prezidenti Co Baydenin prezidentliyinin son günlərində bu ölkənin kəşfiyyat qurumları belə bir qənaətə gəliblər ki, İranın zəifləməsi səbəbindən İsrail İranın nüvə obyektlərinə hücum variantını nəzərdən keçirib.

Hesabatda həmçinin bildirilir ki, Donald Trampın Amerika prezidenti seçilməsindən sonra İsrail İranın nüvə obyektlərinə hücum üçün Vaşinqtonun razılığını almağa çalışır.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizdə qardaşlardan birinə “Elman” adına doğum haqqında şəhadətnamə versə də, digərinə “Elyar” adına doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi bir ailənin uşaqlarının birinə “Elman” …

Doktor Cəmşid Cəmşidinin ailəsinin Azərbaycan türkcəsi və ədəbiyyatına simvolik diqqət

GADTB: Təbriz Universitetinin “Texniki” fakültəsinin yaradıcılarından olan professor doktor Cəmşid Cəmşidinin vəfatı münasibəti ilə onun …