Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin Prokurorluğu azərbaycanlı şair Nuriyyə Lohu çağıraraq İntqram səhifəsini bloklayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Binab şəhərində yaşayan azərbaycanlı şair və yazıçı Nuriyyə Loh ittihamları izah etmək üçün şəhərin İctimai və İnqilab Prokurorluğuna çağırılıb və onun şəxsi İnstaqram səhifəsi bloklanıb.

Bu barədə tanınmış Azərbaycan yazıçısı Ruqəyya Kəbiri özünün sosial media hesabında məlumat verib.

Ruqəyya Kəbiri bu barədə yazıb: “Sosial məsələlərə tənqidi yanaşmaq bütün şair və yazıçıların borcudur və mən Azərbaycan ədəbi ictimaiyyətinin bir üzvü kimi Nuriyyə Loh xanıma qarşı irəli sürülən ittihamların geri götürülməsini tələb edirəm.”

Qeyd edək ki, irqçi fars-molla rejimi son zamanlar milli fəallara, Azərbaycan yazıçılarına, tənqidçilərinə, ictimai-siyasi fəallara qarşı təzyiqlər artırıb.

https://t.me/GADTB1/41059

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …