Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimin qarət etdiyi Süngün Mis Mədənində zavoddan sulfat turşusu sızması nəticəsində bölgədə ekoloji böhran yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, itqçi fars-molla rejimin müstəmləkəçi kimi taladığı Süngün Mis Mədənində zavoddan sulfat turşusu sızması nəticəsində bölgədə ekoloji böhran yaşanır.

Bu il yanvarın 1-dən etibarən Vərziqanin Süngün Mis Mədəninin zavodundan geniş şəkildə sulfat turşusunun sızması baş verib.

Hadisədəm iki həftə keçsə də, mədən rəsmiləri hələ də sulfat turşusu sızmasının yerini müəyyən edə bilməyiblər və ekologiya rəsmilərinin, əlaqədar qurumların səriştəsizliyi səbəbindən iki həftədir ki, böyük həcmdə sulfat turşusu axıntısı ətraf mühitini çirkləndirir.

Süngün Mis Mədənində haqqında danışdığımız zavod 2023-ci ildə ekoloji problemlərə və ekoloji tələblərə baxmayaraq, mədən mafiyası tərəfindən və İranın sənaye və mədən nazirinin  iştirakı ilə açılıb.

Qeyd edək ki, Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və İranın mis istehsalının 60 faizi bu nəhəng mədənin payına düşür.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …