Bazar ertəsi , Sentyabr 7 2026
azfa

Molla rejimin qaz yerinə Güney Azərbaycan şəhərlərində mazot yandırması havanın çirkliliyinə səbəb olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Güney Azərbaycanda yerləşən İstilik Elektrik Stansiyalarında qaz yerinə mazot yandırması ciddi hava çirkliliyinə səbəb olub.

Artıq bu səbəbdən Güney Azərbaycanın Urmiya, Təbriz, Binab, Üskü, Səhənd və Xusroşa şəhərlərində məktəblər tətil elan edilib.

Bu barədə Qərbi və  Şərqi Azərbaycan əyalətlərinin Təhsil İdarələrinin ictimaiyyətlə əlaqələr bölməsi əlumat yayıb.

Məlumata görə, məktəblərin tətil elan edilməsi hava çirkliliyinin şiddətlənməsi, havada çirkləndiricilərin konsentrasiyasının artması və bunun insanların sağlamlığına təhlükə doğurmasına görə qərara alınıb.

Qeyd edək ki, Təbrizi və Binab şəhərlərinin havasının çirklənməsinin əsas amillərindən biri də İstilik Elektrik Stansiyalarında mazot yanacağından istifadə edilməsidir.

Əyalət rəhbərliyi və İstilik Elektrik Stansiyaların məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün mazot yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.

Həmçinin yoxlayın

Xoy sənaye şəhərciyində “Araz Silikon” zavodunun fəaliyyəti ilə bağlı ekoloji hesabatlar və tənqidlər- Video

GADTB: Xoy sənaye şəhərciyində fəaliyyət göstərən “Araz Silikon” zavodunun fəaliyyəti ilə bağlı ekoloji hesabatlar və …

Əli Babayi ilə bağlı yeni cinayət işi; həbs cəzalarının ümumi müddəti 7 il 3 aya qaldırıldı

GADTB: Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı türk fəal Əli Babayi yeni məhkəmə işi üzrə “rejim …