Cümə axşamı , Fevral 6 2025
azfa

Molla rejimin Şərqi Azərbaycana təyin etdiyi İrşad rəsmisinin əmri ilə “Səttar xan” tamaşasının nümayişi dayandırılıb

GADTB: molla rejimin Şərqi Azərbaycana təyin etdiyi Mədəniyyət və İslami İrşad baş direktoru Məhəmmədhüseyn Bəlaği Qasım Süleymaninin ölümünün ildönümü bəhanəsi ilə “Səttar xan” tamaşasının nümayişinin dayandırılması barədə əmr verib.

Tamaşanın rejissoru Yaqub Sadiq Cəmali bu hərəkəti “cahillik və tələsik qərar” kimi qiymətləndirib. O, bu qərarın bölgənin tarixi-mədəni reallıqlarının əks olunmasına mane olan müəyyən cərəyanların təzyiqi ilə qəbul edildiyini açıqlayıb.

Ötən günlərdə İranşəhri türk əleyhdarları Təbrizdə Səttar xan tamaşasına qarşı kütləvi qarayaxmalar təşkil etsə də, Azərbaycan xalqı bu tamaşanı böyük rəğbətlə qarşılamış, Azərbaycanın müxtəlif şəhərlərindən insanlar tamaşanı izləmək üçün Təbrizə gəlmişdilər.

Tamaşaya maraq o qədər yüksək idi ki, bir neçə gün əvvəl “Səttar Xan” tamaşasının nümayişi üzrə Koordinasiya Şurasının rəhbəri Əmir Kərimzad Şərifi Təbrizin Xavaran zalında tamaşanın nümayişinin uzadıldığını elan etmişdi.

Qeyd edək ki, Şərqi Azərbaycan Mədəniyyət və İslami İrşad idarəsinin Baş direktoru Məhəmməd Hüseyn Bəlaqi türk kitablarının nəşrinin və Azərbaycanın mədəniyyət və incəsənətinin qatı düşmənlərindən biridir. O, daha əvvəl “Nə edirsinizsə edin, ancaq teatrlarda amma Azərbaycan rəqslərini etməyin!” fikirləri ilə gündəmə gəlmişdi.

Video:

https://t.me/GADTB1/39543

Həmçinin yoxlayın

Sayın Mikayil bəy və Sara xanım Qəhrəmanmaraş zəlzələsində həyatını itirənlərin anım mərasimində – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

Türk Dövlətlərinin parlamentariləri bir araya gələcək

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək. Toplantının İstanbulda keçirilməsi …