Şənbə , Avqust 29 2026
azfa

Molla rejimin şərləyib həbs etdiyi azərbaycanlı fəalların həbsindən 18 ay keçir

GADTB: İrqçi fars-molla rejimin şərləyib həbs etdiyi azərbaycanlı fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seyfxah, Kərəm Mərdanənin həbsindən 18 ay keçir.

Azərbaycanlı fəallar həbs olunduqları vaxtdan ETTELAAT orqanlarının məhkəmə orqanlarına təzyiqi nəticəsində hələ də onlar zaminə buraxılmayıblar.

Həmin məhkəmə işi ilə bağlı olan digər azərbaycanlı fəallar Vədud Əsədi, Abdullah Vəhidi, Salar Tahir Afşar 2025-cü ilin fevral ayında Evin zindanına köçürülüblər.

Seyid Məhəmməd Rza Fəqihi isə 2025-ci ilin yanvar ayından bəri Evin həbsxanasında saxlanılır. İsrailin Evin həbsxanasını vurmasından sonra isə adı çəkilən fəalların Böyük Tehran həbsxanasına köçürülüblər.

Qeyd edək ki, Evin zindanında məhbus olan bu fəallar 2024-ci il fevralındə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav, Urmu, İslamşəhr, Astarada məhkəmə qərarı olmadan kəşfiyyat qüvvələri tərəfindən həbs ediliblər.

Fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmə”, “İran İslam Respublikası əleyhinə təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …