Cümə , Sentyabr 13 2024
azfa

Molla rejimin Təbriz Radio-televiziyasına rəis təyin etdiyi şəxs:: “Təbrizlilərin dili ilə “bakılılar”ın dili fərqlidir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda türk dilinə qarşı aparılan düşmən siyasətin və etnik türklərin farslaşdırılması fəaliyyətlərinin davamı kimi Şərqi Azərbaycan əyalətinin Radio-Televiziya Təşkilatının sədri Əkbər Rzai də rejimin xüsusi göstərişi ilə bu məkrli prosesə qoşulub.

O, riyakarlıqla Azərbaycanın rəsmi dövlət dilini “Bakı dili” adlandırıb və bunun İranda istifadəsinə irad tutub. Rzai əyalətin “Səhənd” televizyasının xəbərlər proqramında “yanğın” sözü işlədildiyini nümunə çəkib və bunun yerinə farsca qarşılığı olan “atəşsuzi” sözündən istifadə edilməli olduğunu vurğulayıb:

“Xəbərdə “atəşsuzi” sözü üçün “yanğın” dedilər, mən də xəbərdarlıq etdim ki, bu söz qətiyyən o mənanı daşımır. Təbrizlilər bakılılar kimi danışmamalıdırlar”.

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …