Bazar ertəsi , İyun 17 2024
azfa

Molla rejimin Təbrizdə yaxaladığı azərbaycanlı fəal Əhəd Hacıpurdan heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə yaxaladığı azərbaycanlı fəal Əhəd Hacıpurdan heç bir xəbər yoxdur.

Molla rejimin məmurlarının oktyabrın 30-da Təbrizdə yaxaladığı 26 yaşlı azərbaycanlı milli fəal Əhəd Hacipur barədə dəqiq məlumat əldə etmək mümkün olmur.

Azərbaycanlı gəncin ailəsinin məhkəmə orqanları və təhlükəsizlik idarəsinə dəfələrlə etdikləri müraciətlər cavabsız qalıb.

Hələlik Əhəd Hacıpurun harada saxanılması, nədə ittihamı edilməsi və vəziyyətinin necəliyi barədə dəqiq məlumat əldə etmək olmur. Bu isə fəalın valideynlərinin ciddi nigaranlığına səbəb olub.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …