Cümə axşamı , Sentyabr 10 2026
azfa

Molla rejimin Təbrizdə həbs etdiyi 14 yaşlı uşaq Taha Rzayinin vəziyyəti barədə məlumat verilmir

GADTB: Hüquq müdafiəçilərinin məlumatına görə, Təbriz sakini olan 14 yaşlı uşaq Taha Rzayi 18 dey tarixində şəhərin Nisf-rah məhəlləsində molla rejimin qüvvələri tərəfindən saxlanılıb. Həmin tarixdən etibarən onun saxlanıldığı yer, hüquqi durumu, eləcə də fiziki və psixoloji vəziyyəti ilə bağlı ailəsinə heç bir rəsmi və aydın məlumat verilməyib.

Qeyd edək ki, bir uşağın ailəyə şəffaf məlumat verilmədən saxlanılması, vəkilə çıxışının təmin olunmaması və qanuni təminatlardan məhrum edilməsi İran İslam Respublikasının üzərinə götürdüyü beynəlxalq öhdəliklərin, o cümlədən Uşaq Hüquqları Konvensiyasının və ədalətli məhkəmə araşdırmasının əsas prinsiplərinin açıq şəkildə pozulmasıdır. Hüquq müdafiəçiləri vurğulayırlar ki, məcburi yoxa çıxarma, hətta müvəqqəti xarakter daşısa belə, beynəlxalq hüquq baxımından ciddi insan hüquqları pozuntusu hesab olunur.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …