Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı milli fəallara azadlıq tələbi ilə divarlara posterlər yapışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı milli fəallara azadlıq tələbi ilə divarlara posterlər yapışdırılıb.

Plakatlarda “Son nəfəsimizə qədər yoldaşlarımızın azadlığı uğrunda mübarizə aparacağıq” ifadəsi yer alıb.

Yanvarın 23-də ETTELAAT tərəfindən tutulan Səməd Heydəri ailəsi ilə telefon danışığında zindanın mühafizə şöbəsinə yerləşdirildiyini bildirib.

Bu Güney azərbaycanlı fəal yanvarın 23-də iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və dünənə qədər Təbriz Kəşfiyyat İdarəsində saxlanılırdı.

Qeyd edək ki, azərbaycanlı fəallar Səməd Heydəri və Rza Səlimi iki gün öncə molla rejimin ETTELAAT İdarəsinin qüvvələri tərəfindən həbs ediliblər.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …