Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin tanınmış azərbaycanlı ağsaqqal fəalı zindanda cinayətkarlarla eyni bölməyə salıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbil şəhərindən olan azərbaycanlı hüquqşünas və tanınmış azərbaycanlı fəal Pərviz Siyabini zindanın 13-cü bölməsində köçürüb.

Fəal ailəsilə qısa telefon danışığı zamanı bununla bağlı məlumat verib. Məlumata görə, o təhlükəli məhbuslar və ağır cinayətlər törətmiş məhbusların saxlandığı zindanın 13-cü bölməsinə köçürülüb.

Səhəttində problemlər olan və həbsə dözümünün olmadığına dair həkim rəyi olan 74 yaşlı hüquqşünas bir müddət əvvəl tibbi məzuniyyətə buraxılmışdı.

Bildirilib ki, Pərviz Siyabinin müalicə olunması ilə bağlı 5 nəfərdən ibarət həkim heyətinin arayış verməsinə baxmayaraq, onun müalicəsinin davam etdirilməsinə icazə verilməyib.

Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı. 

Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …