Şənbə , Aprel 26 2025
azfa

Molla rejimin terrorçu Sepah-ı azərbaycanlı fəal Cavad Jaləpsəndi sorğu-suala çəkiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin terrorçu Sepah-ı azərbaycanlı fəal Cavad Jaləpsəndi sorğu-suala çəkiblər.

Cavad Jaləpsənd dünən İranın terrorçu İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) kəşfiyyat şöbəsi tərəfindən saxlanılıb və bir neçə saatlıq sorğu-suala tutulub.

Molla rejimin qüvvələri, 21 yaşlı bu Azərbaycanlı gənci Səhənd stadionunda davamlı iştirakı və azərbaycanlılar üçün milli və etiraz şüarlar səsləndirməsi üçün təzyiqlərə məruz qoyublar.

Qeyd edək ki, son günlərdə, Azərbaycanın Tarxtur futbol komandasının tərəfdarlarına qarşı təzyiqlər artıb. Ərdəbil şəhərində də ən azı üç Traxtur azarkeşi sorğuya çəkilib, lakin təhlükəsizlik təzyiqləri səbəbi ilə öz adlarını açıqlamamaq qərarına gəliblər.

Həmçinin yoxlayın

Çanaqqala şəhidlərinin nəvələri və ANZAK əsgərlərinin nəvələri Sidneydə görüşüb- Video

GADTB:  Çanaqqala zəfərinin 110-cu ildönümündə Mersin Universitetinin rektoru Prof.Dr.Erol Yaşarın rəhbərliyi ilə həyata keçirilən layihə …

İranın ögey siyasəti nəticəsində Təbrizdə tarixi Sabiləmir meydanı dağılır

GADTB: İrqçi fars-molla rejimin ayrıseçkilik və ögey siyasəti nəticəsində Güney Azərbaycanda tarixi abidələrdən biri olan …