Çərşənbə , Noyabr 11 2026
azfa

Molla rejimin Urmiyada həbs etdiyi fəallar zaminə buraxılıblar

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları Abbas Əlili və Bəhram Əlili məhkəmə prosesi başa çatana qədər girov qarşılığında müvəqqəti azadlığa buraxılıblar.

Girovun məbləği və bu iki fəala qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, azərbaycanlı fəallar 18 oktyabr 2025-ci ildə Urmiyadakı iş yerlərində İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu addım iki fəalın “Ronahi” və “Horspor” komandaları arasında keçirilən futbol oyunu zamanı bəzi “terrorçu və ekspansionist” kürd qruplarının azarkeşləri tərəfindən səsləndirilən anti-türk və irqçi şüarları tənqid etməsindən sonra atılıb.

Xatırladaq ki, son günlərdə Qərbi Azərbaycan əyalətində kürd terror qrupları ilə əlaqəli elementlərin ictimai fəaliyyətləri ilə bağlı sosial mediada etiraz materialları dərc etdiklərinə görə ən azı 20 türk fəal həbs edilib. Bir çox fəal isə etirazlarına davam edəcəkləri təqdirdə saxlanılacaqları barədə xəbərdarlıq alıblar.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …