GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin yalan iddialarının əskinə olaraq Urmiya gölünün su həcmi azalıb.
tanınmış ekoloq və ətraf mühit mütəxəssisi Məhəmməd Dərviş bununla bağlı deyib ki, Urmiya gölünün bərpası ilə bağlı iddiaları həqiqətə uyğun deyil və 3 il əvvəllə müqayisədə göldə suyun miqdarı daha da azalıb.
O, 6 iyun 2021-ci ildən 6 iyul 2024-cü ilə kimi olan müddət ərzində Urmu gölündə suyun səviyyəsinin daha 62 sm azaldığını bildirib.
Məhəmməd Dərviş gölün bərpasına cavabdeh olan qurumların verdiyi məlumatların şişirdildiyini söyləyib.
Dərviş həmçinin deyib: “Urmiya gölünün normal ekoloji həddə çatması üçün onun su səviyyəsinin dəniz səviyyəsindən 1274,10 metrə qədər yüksəlməsi və sahəsinin 4635 min kvadrat kilometrə çatması lazımdır”.
Qeyd edək ki, irqçi fars-molla rejimin Urmiya gölünə axan çayların qarşısında bənd tikməklə gölü qurudub.