Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin Zəngəzur dəhlizi ilə bağlı yalan iddiaları davam edir

GADTB: İrqçi fars-molla rejimin Zəngəzur dəhlizi ilə bağlı yalan iddiaları davam edir.

İran parlamentinin sədr müavini Əli Nikzad ikiüzlülüklə Zəngəzur dəhlizi planını tənqid edərək bildirib ki, “bu dəhliz sülh üçün deyil, müharibə üçün nəzərdə tutulub”.

Nikzad ABŞ prezidentinin 13 min kilometr uzaqlıqdan bölgənin işlərinə müdaxiləsini və burada hərbi şirkətlərin yerləşdirilməsini sual altına alıb. Nikzad tərəfləri əvvəlki razılaşmalara əməl etməyə çağırıb.

“Fars News”un məlumatına görə, Zəngəzur dəhlizi 2027-ci ilə qədər tərəfdaşlara ildə 50-100 milyard dollar ticarət gəliri gətirəcək. Ermənistan və Azərbaycan liderləri Ağ Evdə birgə bəyanat imzalayıblar.

Qeyd olunub ki, ABŞ bu dəhlizi beynəlxalq sülh və firavanlığa aparan yol kimi təqdim edir. Ermənistan isə Amerikaya Zəngəzur dəhlizindəki torpaqlara 99 illik eksklüziv işləmə hüququ verib.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …