Çərşənbə axşamı , Oktyabr 3 2023
azfa

Molla rejimin zindanlarda qadın məhbusları məcburi şəkildə lüt soyundurduğu ifşa edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, çoxsaylı keçmiş qadın məhbusun etirafları ilə molla rejimin zindanlarda qadın məhbusları məcburi şəkildə lüt soyundurduğu ifşa edilib.

 “Me_too_movement_iran” adlı “Twitter” səhifəsi keçmiş məhbusların həbsxanada lüt soyundurulduqları haqda paylaşım edib. Keçmiş məhbus qadınlardan Zeynəb Zamani, Naibə Şəmsi və hüquq müdafəçisi Mojqan Keşavərzin 4 il öncə həbsxanada məruz qaldıqları qeyri-etik hərəkətlər barədə məlumat veriblər.

Qadın hüquq müdafiəçisi bildirib ki, zindanda məmurlar onun şəklini çəkmək üçün tamamilə çılpaq soyunmağa məcbur ediblər, “balaca mobil telefonunu vaginasında gizlətməməsinə” əmin olmaq üçün “ayaqları açıq”  vəziyyətdə oturub-durmağa vadar ediblər”.

Keçmuş məhbus qadın deyir: “Dedilər ki, çılpaq ol ki, sənin bütün bədəninin şəklini çəkək! Buradan gedəndən sonra “mənə işgəncə verdilər” deməyəsən!

Əllərimlə bədənimin ayıb yerlərini örtdükdə, məmur qışqırırdı ki, əllərini çək, otur- qalx!”

Həmçinin yoxlayın

İzmirdə “Urmu gecəsi” musiqili tədbir keçirilib

GADTB: Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür …

Azərbaycanlı tələbə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə yürüş etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Güney Azərbaycandan …