Molla rejimindən daha bir ayrı-seçkilik; Universitetdə fars dili oxuyanlara ayda 5 milyon tümən təqaüd veriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk dilinin tədrisini qadağan edən irqçi fars-molla rejimi qəbul imtahanlarnda yüksək bal toplayan 5% arasında olan abituriyentlərə Universitetdə fars dili və ədəbiyyatı oxuyacaqları təqdirdə ayda 5 milyon tümən təqaüd verəcək.

İranın Tələbə İşləri Təşkilatının rəhbəri və elm nazirinin müavini Haşım Dadaşpur bu barədə məlumat verib.

Molla rejimin nazir müavininin bu çıxışı qeyri-fars tələbələrin narazılığına səbəb olub.

Onlar Ölkədə yaşayan xalqların hamısından vergi alındığı halda, yalnız fars dili və ədəbiyyatının inkişafına əhəmiyyət verilməsindən nahatalıqlarını bildirib, bunu ayrı-seçkiliyin növbəti nümunəsi adlandırıblar.

Qeyd edək ki, irqçi fars-molla rejimi hər vasitə ilə fars dili yaymağa çalışıb və türk dilini qadağan etmək, Azərbaycan Türk Millətini bir millət kimi məhv etməyi planlaşdırıb.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …