GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi daha bir irqçi addımla türk dilindən aeroportlarda sərnişinlərə xoş gəldin deməkdə istifadə etməyi qadağan edib.
İran Hava Yolları Şirkətinin sözçüsü Cəfər Yazerlu bu barədə açıqlama verərək deyib ki, bundan sonra hər hansı anlaşılmamazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətlərinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa heç bir dildə sərnişinlərə “xoş gəlmişsizniz” deyilmələli, qeyd olunan iki dildən başqa hər hansı bir dildə qonaqlar salamlanmamalıdır.
O, bir neçə gün əvvəl Şərqi Azərbaycana məxsus Ata Hava Yolları Şirktinin təyyarəsində bələdçinin “xoş gəlmişsiniz” anonsunun türk dilində yayılmasında heç bir xüsusi niyyət olmadığını deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ata Aviasiya Şirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları türk dilində salamlayıb.
Bu, mediada geniş rezonans doğurub və fars miliyyətçiləri bunun separatçılığın və pantürkizmin təbliği kimi qələmə veriblər, azərbaycanlı təyyarə bələdçisi işə işdən qovulub.
Bundan sonra Ata Aviasiya Şirkətinin sahibi, azərbaycanlı iş adamı Məhəmmədrza Zunuzi mediaya açıqlama verib və türk dilində qarşı ədalətsiz mövqeyi tənqid edib.