Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimindən Azərbaycana qarşı yeni təxribat: Nizami Gəncəvi “İran şairidir”

GAFTB: “Əsr-e İran” saytı İran hökumətinin Azərbaycana qarşı qərəzli, riyakar siyasətinin davamı olaraq iddia edib ki, Nizami Gəncəvi guya İran şairidir.

Məlumata görə, İranda Nizami Gəncəvinin anım həftəsi münasibətilə Urmiyada “Bamdad-e Urmiya Kitabxanası”nın ev sahibliyi ilə tədbir keçirilib. Tədbirdə iranlı yazıçı-tədqiqatçı Mustafa Quluzadə Elyar çıxışını Nizami Gəncəvinin guya Azərbaycan tərəfindən “təhrif olunmasına” həsr edib.

Qeyd edək ki, özünü tədqiqatçı adlandıran iranlı yazıçının sözlərinə baxmayaraq, Məhəmməd Əmin Rəsulzadə yazırdı:

“Farspərəstlər və ermənilər Nizamini bizdən qoparmaq istəyirdilər. Gözələ və böyüyə türk, gözəlliklə böyüklüyə türklük, gözəl və böyük ifadəyə türkcə, gözəllik və böyüklük diyarına Türküstan deyən bir şairə “sırf farsca yazıb” deyə türk deməmək düzgündürmü? Əsla!”/ Azad İran

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …