Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimindən daha bir irqçi addım; İran Aviasiya Təşkilatı türkcədən istifadəni qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi daha bir irqçi addımla türk dilindən aeroportlarda sərnişinlərə xoş gəldin deməkdə istifadə etməyi qadağan edib.

İran Hava Yolları Şirkətinin sözçüsü Cəfər Yazerlu bu barədə  açıqlama verərək deyib ki, bundan sonra hər hansı anlaşılmamazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətlərinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa heç bir dildə sərnişinlərə “xoş gəlmişsizniz” deyilmələli, qeyd olunan iki dildən başqa hər hansı bir dildə qonaqlar salamlanmamalıdır.

O, bir neçə gün əvvəl Şərqi Azərbaycana məxsus Ata Hava Yolları Şirktinin təyyarəsində bələdçinin “xoş gəlmişsiniz” anonsunun türk dilində yayılmasında heç bir xüsusi niyyət olmadığını deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ata Aviasiya Şirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları türk dilində salamlayıb.

Bu, mediada geniş rezonans doğurub və fars miliyyətçiləri bunun separatçılığın və pantürkizmin təbliği kimi qələmə veriblər, azərbaycanlı təyyarə bələdçisi işə işdən qovulub.

Bundan sonra Ata Aviasiya Şirkətinin sahibi, azərbaycanlı iş adamı Məhəmmədrza Zunuzi mediaya açıqlama verib və türk dilində qarşı ədalətsiz mövqeyi tənqid edib.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …