Bazar , Dekabr 15 2024
azfa

Molla rejiminin ərəbləri dəstəkləyən Rusiya ilə arası dəydi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Rusiya-Körfəz Əməkdaşlıq Şurasının iclasından sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bəsrə körfəzində olan 3 adaya iddia etməsi ilə bağlı açıqlama İranın etirazına səbəb oldu

Rusiya-Körfəz Əməkdaşlıq Şurasının iclasından sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bəsrə körfəzində olan 3 adaya iddia etməsi ilə bağlı açıqlama İranın etirazına səbəb oldu. Bu bəyanata etiraz olaraq Rusiyanın İrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırıldı.

Rəsmi Tehran tələb edir ki, Rusiya sözügedən adaların İrana məxsus olduğunu bəyan etsin. Səfir A.Dedov İranın bu tələbini Moskvaya çatdırıb.

Qeyd edək ki, Moskvada keçirilən iclasın yekunlarına dair Rusiya-BƏƏ ortaq bəyanatında Böyük Tunb, Kiçik Tunb və Əbu-Musa adaları ilə bağlı problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi vurğulanıb. İran hesab edir ki, bununla bağlı müzakirələrə ehtiyac yoxdur və adalar ona məxsusdur. Lakin Əbu-Dabi bunun əksini iddia edir. Həmin adalarda zəngin neft ehtiyatlarının olması səbəbindən iki ölkə arasında mübahisə də qızışır. Əbu-Dabi bildirir ki, 1971-ci ilədək Böyük Britaniyanın işğalı altında olan bu adalar həmin ildə BƏƏ-yə qaytarılıb. Lakin İran onları işğal edib və Əbu-Dabi bundan sonra Tehranı “işğalçı” adlandırıb.

Bundan əvvəl Çin-Körfəz Əməkdaşlığı Şurasının iclasında da BƏƏ adalarla bağlı haqlı hesab etdiyi mövqeyi ortaya qoymuşdu və bundan sonra Çinin də səfiri İran XİN-ə çağırılmışdı.

Həmçinin yoxlayın

Türkiyənin Suriyadakı səfirliyi açıldı

GADTB: Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib. …

İranın zəifləməsinin açarı Türkiyədir

GADTB:  “Türkiyə İranın zəiflədilməsi və Ukraynadakı müharibənin başa çatdırılması üçün açardır”. Bunu ABŞ-ın BMT-dəki keçmiş …