Şənbə , İyul 20 2024
azfa

Molla rejiminin Ərdəbildə yaxaladığı azərbaycanlı milli fəallar rejimin Ərdəbildəki zindanına koçürülüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Ərdəbildə yaxaladığı azərbaycanlı milli fəallar rejimin Ərdəbildəki zindanına koçürülüblər.

Ərdəbildə yaxalanan azərbaycanlı milli fəallar Əsgər Əkbərzadə, Meysəm Colani, Yusif Kari, Məhəmməd Colani, Firuz Moini, Səccad Qane Müqəddəm və Yaşar Əkbərzadə oktyabrın 17-də rejimin Ərdəbildəki zindanının hərbi bölməsindən 16-cı bölməsinə köçürülüblər.

Hələlik həmin azərbaycanlı fəalların girov qarşılığında zaminə buraxılmalarına icazə verilmir.

Qeyd edək ki, yaxalanan azərbaycanlı fəalların yaxınlarının bildirdiyinə görə, rejimin Ərdəbildəki Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsi azərbaycanlı fəalların girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmalarına icazə vermir.

Molla rejimi etirazlarla bağlı çox sayda azərbaycanlı fəalı yaxalayıb. Rejim həmçinin yaxaladığı azərbaycanlı fəalları vəhşicəsinə döyüb və işgəncə edib.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …