Molla rejiminin ağıla sığmaz cinayətləri: 14 yaşlı qız rejimin məmurlarının cinsi təcavüzü nəticəsində həyatını itirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda molla rejiminin ağıla sığmaz cinayətləri bir-bir ifşa olunur. “The New York Times” qəzeti İran İnsan Haqları Kampaniyasına istinadən xəbər verib ki, 14 yaşlı məktəbli etirazçı qız həbsdə olarkən molla rejiminin məmurlarının cinsi təcavüzü nəticəsində yaranan vajinasının yırtılması nəticəsində dünyasını dəyişib.

Rejimin məmurları yeniyetmə qızın anasını da bu məsələni ictimailəşdirməsin deyə tutublar və ondan da xəbər yoxdur.

“New York Times” qəzeti dekabrın 17-də “İran qadınlara iffəti qəbul etdirmək üçün cinsi zorlamadan istifadə edir” başlıqlı yazıda İran İslam Respublikasının məmurlarının Məsumə adlı 14 yaşlı məktəbli qızı həbs etdiyini açıqlayıb. Tehranın yoxsul  məhəllələrindən birində yaşayan və məktəbdə hicabını çıxardığı üçün həbs edilən qızcığaz bir müddət sonra şiddətli vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb.

Yazının müəllifi Nyu-Yorkda yerləşən İran İnsan Haqları Kampaniyasının direktorundan sitat gətirib: “Bu qız məktəbdə quraşdırılmış kameralar tərəfindən müəyyən edilərək həbs olunub. Bir müddət sonra o, şiddətli vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb. Qız həyatını itirib, anası isə öncə qızının qətlini ictimailəşdirmək istədiyini dedikdən sonra yoxa çıxıb”.

Bundan CNN xəbər kanalı araşdırma hesabatında həbs olunan bir neçə nəfərə istinad edərək İranda son etirazlar zamanı həbs edilən qadın və kişilərin zorlandığını təsdiqləyib.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …