
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın molla rejiminin cinayətlərinin araşdırılması üçün BMT-nin İnsan Haqları Komitəsinin xüsusi sessiyasının çağırılması planlaşdırılır.
Bu barədə Almaniya kansleri Olaf Şolts Tvitter hesabında videomüraciətində bildirib.
Onun sözlərinə görə, İran BMT-nin üzvüdür və üzərinə insan hüquqlarının qorunması öhdəliyi götürüb.
Qeyd edək ki, İranda hüquq-mühafizə orqanlarının etiraz aksiyasında iştirak edənlərə atəş açması nəticəsində yüzlərlə insan ölüb.