Bazar ertəsi , İyun 17 2024
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Əmir Səttari azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi Təbrizdə yaşayan azərbaycanlı milli fəal Əmir Səttari azadlığa çıxıb.

Əmir Səttari Təbrizdə Xuzistanın su qıtlığı etirazlarına dəstək məqsədilə keçirilən toplantılar zamanı həbs edilənlərdən biri olub.

Yanvarın 17-də məhkəmə məmurları azərbaycanlı fəalı yaxalayaraq, barəsində çıxarılmış həbs qərarının icrası üçün Təbriz zindanına aparıblar.

Əmir Səttari bir müddət öncə Təbrizdə 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən “Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamı ilə mühakimə edilərək, 91 gün həbs cəzası və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.

Qeydedəkki, Əmir Səttari keçən il 21 iyul tarixində rejimin məmurları tərəfindən yaxalanaraq ETTELAAT-ın təcridxanasına aparılmış, avqustun 11-də Təbrizdə rejimin mərkəzi zindanına köçürülmüş və 15 avqustda girov qarşılığında olaraq məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …