Molla rejiminin həbs etdiyi azərbaycanlı öyrənci Nazənin Kiyanbəxtin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı öyrənci Nazənin Kiyanbəxtin həyatı təhlükədədir.

Təbrizin İncəsənət Universitetinin Qrafika fakültəsinin öyrəncisi olan Nazənin Kianbəxt noyabrın 29-da evinin qarşısında həbs edilərək Təbrizdə rejimin Mərkəzi zindanına köçürülüb.

Ürək çatışmazlığından əziyyət çəkən azərbaycanlı öyrənci həbs edildiyi ilk günlərdə infarkt keçirib müalicəyə ehtiyacı var. Lakin Nazənin Kiyanbəxtin ailəsinin müraciətlərinə və məhkəmə-tibbi ekspertiza rəyinin prokurorluğa göndərilməsinə baxmayaraq, onun vəziyyətinə məhəl qoymadan girov qarşılığında sərbəst buraxılmasına icazə verilmir.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …