GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin (ƏRK) təşəbbüsü ilə irqçi fars-molla rejiminin zindanlarında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslarına azadlıq tələbilə imzatoplama kampaniyasına başlanılıb.
Kampaniya Birləşmiş Millətlər Təşkilatının İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana ünvanlanacaq.
Məktubu buradan imzalamaq mümkündür: https://www.ipetitions.com/petition/ask-iranian-authorities-to-release-temporarily
Məktubda rejimin Çindən gətirib yaydığı Çin koronavirusunun İran həbsxanalarında yayılması barədə xəbərdarlıq edilərək, azərbaycanlı siyasi məhbusların saxlanılma şəraiti haqda məlumat verilib, onların müvəqqəti zaminə buraxılması tələb olunub.
Qeyd edək ki, Ərdəbil zindanında saxlanılan fəallar Abbas Lisani, Mojqan Siyami və Yusif Kari, Rəcayişəhr zindanında saxlanılan Lətif Həsəni, Tehranın Evin zindanında həbs edilən Tovhid Əmin Əmini, Kazım Səfabəxş, Cəfər Rüstəmirad, Əlirza Fərşi, Ehsan Şokrxodayi və Zeynəb Həmrəng, Marağa zindanında saxlanılan Əkbər Əzizi, Urmiya zindanında saxlanılan Məlihə Bərqi Sadiqiani, eləcə də Təbriz zindanında həbsdə olan Əmir Vəlizadə, Əmir Səttari və Məhəmməd Əbdulməhəmmədzadə koronavirusa yoluxma təhlükəsi ilə qarşılaşmışdır.