Bazar ertəsi , İyun 17 2024
azfa

Molla rejiminin həbs etdiyi Məlikanlı fəal Mehdi Farabidən heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Molla rejimin məmurlarının həbs etdiyi Güney Azərbaycanın Məlikan şəhərindən olan Mehdi Farabi barədə məlumat əldə etmək mümkün olmur.

Noyabrın 22-də rejimin məmurları tərəfindən həbs edildikdən sonra o Marağa zindanına köçürülmüşdü.

Mehdi Farabi iki həftə bundan öncə isə Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Mehdi Farabinin ailəsi onun ETTELAAT İdarəsinin təcridxanasında məcburi etiraf almaq üçün işgəncə edildiyi ehtimalından narahat olduqlarını deyib.

Mehdi Farabinin övladları onun vəziyyəti ilə bağlı dövlət qurumlarına etdikləri müraciətlərin cavabsız qaldığını bildirirlər.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …