Bazar ertəsi , İyun 17 2024
azfa

Molla rejiminin həbs etdiyi Tahirə Becrəvani Evin zindanının qadınlar bölməsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı xanım Tahirə Becrəvani Evin zindanının qadınlar bölməsinə köçürülüb.

Bundan öncə isə o ailəsilə telefon danışığında Evin zindanının 209-cu bölməsində həbsdə olduğunu demişdi.

Qeyd edək ki, Tahirə Becrəvani 2019-cu ilin noyabr etirazlarında hökumət qüvvələri tərəfindən öldürülən Əli Fətuhinin həyat yoldaşıdır.

Azərbaycanlı xanım dekabrın 21-də Tehranın Qala Həsənxan bölgəsində özünün iş yerində rejimin  məmurları tərəfindən həbs edilmişdi.

Fəalın ailəsi aidiyyəti orqanlara müraciətlər etsələr də, onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə məlumat ala bilməmişdilər.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …