Cümə , Oktyabr 16 2026
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı fəallar girov qarşılığında zaminə buraxılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı fəallar girov qarşılığında zaminə buraxılıblar.

Yaxalanan azərbaycanlı fəallar Abdullah Ənsari və Kərim İsmayılzadə hər biri 900 milyon tümən, Mehdi Nəsirzadə və İbrahim Rzayi isə hər biri 400 milyon tümən vəsiqə girov qoymaqla məhkəməyə qədər zaminə buraxılıblar.

Qeyd edək ki, avqustun 16-sı axşam saatlarında Təbrizin Səhənd stadionunun qarşısında həbs edilən azərbaycanlı milli fəallar ağır şəkildə döyülmüşdülər.

Avqustun 18-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayan azərbaycanlı fəal Abdullah Ənsari bu barədə məlumat vermişdi: “Yaxlanma zaman və yaxalandıqdan sonra ağır şəkildə döyüldük. Bizdən başqa kimliklərini bilmədiyimiz daha üç “Traxtur” tərəfdarı da ağır şəkildə döyülmüşdü. Onlardan biri aldığı Zərbələr nəticəsində huşunu itirmişdi”.

azərbaycanlı fəallar Abdullah Ənsari, Kərim İsmayılzadə, Mehdi Nəsirzadə və İbrahim Rzayi avqustun 16-sı axşam saatlarında “Traxtur” – “Persepolis” yarışı öncəsi Səhənd stadionunun qarşısında həbs edilmişdilər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …