Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Hüseyn Xudayidən heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurlarının həbs etdikləri Təbrizdə yaşayan azərbaycanlı milli fəal Hüseyn Xudayidən heç bir xəbər yoxdur.

Azərbaycanlı həkim və fəalın vəziyyəti barədə ailəsinə heç bir məlumat verilmir və fəal qeyri-müəyyən vəziyyətdə saxlanılır.

İraq-İran müharibəsi dövründə yaralanmış və müharibə əlili olan azərbaycanlı fəal revmatizm, göz və ürək xəstəlikləri ilə bağlı müalicə almaqdadır.

Qeyd edək ki, azərbaycanlı fəal və həkim Hüseyn Xudayi dekabrın 7-i axşam saatlarında İranın ETTELAAT məmurları tərəfindən iş yerində həbs edilmişdi.

Rejimin məmurları həmçinin fəalın şəxsi evinə də basqın etmişdilər.

Hələlik azərbaycanlı milli fəalın harada saxlanılması və həbsinin səbəbləri barədə heç bir məlumat yoxdur.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …