Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Saleh Molla Abbasi aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünəndən Güney Azərbaycanın Əhər şəhərindən olan və hazırda Təbrizdə molla rejiminin ETTELAAT İdarəsində saxlanılan azərbaycanlı milli fəal Saleh Molla Abbasi aclıq aksiyasına başlayıb.

Azərbaycanlı fəalım qızı Pinar Molla Abbasi özünün sosial şəbəkə hesabında bununla bağlı yazıb: “Atam Təbrizin ETTELAAT İdarəsində aclıq aksiyasına başlayıb. Dünən atam Saleh Molla Abbasi Təbrizdə ETTELAAT İdarəsindən evə zəng etdi. O deyib ki, məmurlar 2006-cı ilin Xordad qiyamındakı kimi onunla rəftar etdirlər və bu durumun davam etsə və ETTELAAT İdarəsində saxlanılması davam etsə bu gündən etibarən aclıq aksiyasına başlayacaq”.

Qeyd edək ki, irqçi fars rejimin məmurları azərbaycanlı milli fəal Saleh Molla Abbasini oktyabrın 9-da Əhər şəhərində yerləşən şəxsi evində yaxalayıblar.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …