Bazar , Oktyabr 18 2026
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı xanım fəalı qeyri-müəyyən durumda həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdən olan xanım fəal Leyli Purbabanı zindanda qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır.

Xanım fəalın ailəsinə onunla bağlı müraciətlərinə cavab verilmir. Leyli Purbabanın ailəsinin onun durumu ilə bağlı məlumat ala bilməmələri isə ciddi nigaranlığa səbəb olub.

Leyli Purbaba 76 gündür zindanda həbsdə saxlanılsa da, ailəsi ilə onun görüşünə icazə verilmir.

Azərbaycanlı xanım fəal 3 il həbs və 44 şallaq cəzasına məhkum edilib.

Qeydedək ki, Leyli Purbaba noyabrın 2-də polis bölməsinə çağrıldıqdan sonra həbs edilərək barəsində cinayət işi açılıb və zindana köçürülüb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …