Molla rejiminin məmurları azərbaycanlı milli fəal Mürtəza Pərvini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları noyabrın 3-ü səhər saatlarında Ərdəbil şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Mürtəza Pərvini bacısının evindən çıxarkən yaxalayıblar.

Azərbaycanlı fəalın hara aparıldığı və nə səbəbdən həbs edildiyi barədə məlumat verməyiblər.

Qeyd edək ki, ETTELAAT İdarəsinin məmurları bundan öncə oktyabrın 27-də heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evində axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına görə, ona məxsus şəxsi əşyaları, o cümlədən kompüter və kitablarını müsadirə edərək özləri ilə aparmışdılar.

Azərbaycanlı fəal 44 günlük İkinci Qarabağ müharibəsi dövrü Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında daha 12 nəfər azərbaycanlı fəalla birlikdə yaxalanmışdılar.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …