Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejiminin məhkəməsi azərbaycanlı vəkil Sina Yusifiyə həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məhkəməsi azərbaycanlı hüquqşünas və Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü vəkil Sina Yusifini 6 ay həbs cəzasına məhkum edib.

Eyni zamanda azərbaycanlı vəkilin telefon, komputer və bir sıra şəxsi əşyalarının müsadirəsi və həbsdən sonra 2 il ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarılıb.

Azərbaycanlı vəkil bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edərək yazıb: “Vəkillik borcumu yerinə yetirdiyim və xalqın hüququnu müdafiə etdiyim üçün cəzalandırıldım”.

Qeyd edək ki, oktyabrın 14-də tanınmış azərbaycanlı vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirdikdən 1 gün sonra həbs edilmişdi.

Azərbaycanlı vəkil daha sonra oktyabrın 27-də girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …