Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejiminin məmurları azərbaycanlı yeniyetməni vəhşicəsinə döyüb, işgəncə ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları həbs etdikləri Təbrizdəki Mirək Konservatoriyasının öyrəncisi Atilla Ərfəini vəhşicəsinə döyüb, işgəncə ediblər.

Azərbaycanlı yeniyetmə ilə eyni yerdə saxlanılan və yenicə buraxılan fəalın dediyinə görə Atillanın vəziyyəti ağırdır. Onun burnunu sındırıblar və ağır işgəncə ediblər.

16 yaşlı Atilla rejimin Basmənc bölgəsində yerləşən uşaq zindanında həbsdə saxlanılır.

Qeyd edək ki, Uşaq Hüquqları Konvensiyasının müddəalarına görə, 18 yaşına çatmamış şəxslər uşaq sayılır.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …