Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejiminin Qərbi Azərbaycana təyin etdiyi kürd vali Urmiya gölünə su buraxmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Azərbaycan ərazilərini kürdləşdirmə məqsədilə Qərbi Azərbaycan vilayətinə təyin etdiyi yerli olmayan kürd vali əhaliyə su verilməsi bəhanəsi ilə gölə axana çayların suyunu Urmiya gölünə buraxmır.

Qərbi Azərbaycana rejimin təyin etdiyi kürd vali Məhəmməd Sadiq Mötəmediyan deyib ki, hazırda prioritet Urmiya gölünə su buraxmaq yox, vətəndaşları içməli su ilə təmin etməkdir.

Mötəmediyan ötən payız fəslində yağıntıların sıfıra bərabər olduğunu, Urmiya gölünə axan və çayları su ilə təmin edən qar ehtiyatlarının isə 80% azaldığını iddia edib.

Bundan öncə gölün bərpa işlərinin aparılacağı ilə bağlı iddialar səsləndirən kürd vali Urmiya gölünün durumunun daha da pisləşməsinə baxmayaraq, bu barədə heç nə deməyib.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …