Molla rejiminin sürgündə həbsə məhkum etdiyi azərbaycanlı həlimin ailəsindən açıq məktub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin sürgündə həbs cəzasına məhkum etdiyi azərbaycanlı həkim cütlük Həmid və Fərzanə Qarahəsənlinin ailəsi onların vəziyyəti ilə bağlı açıq məktub yayıb.

Ailənin açıq məktubunda Həmid və Fərzanə Qarahəsənlinin şərlənərək həbs edildiyi, saxta ittihamlarla bağlı etiraf almaq üçün ağır işgəncələrə məruz qaldığı və işləmədikləri cinayətə görə ədalətsiz məhkəmə tərəfindən ağır cəzaya məhkum edildiyi bildirilib.

Məktubda Ruhullah Əcəmian adlı terrorçu Bəsic qüvvələrinin üzvünün öldürülməsi, bununla bağlı Həmid və Fərzanə Qarahəsənlinin həbsi, onlara verilən işgəncələr və sonrakı proseslər izah edilib.

Qeyd edək ki, irqçi fars-molla rejimi  etiraz aksiyaları zamanı hökumət qüvvələrinin üzvünün öldürülməsi məsələsi ilə bağlı şərlədiyi azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və onun həyat yoldaşı, kardioloq Fərzanə Qarahəsənlini 20 il sürgündə həbsə məhkum edib.

Hakim Asif Əl-Hüseyninin sədrliyi ilə keçirilən məhkəmə prosesinin sonunda Həmid Qarahəsənli Yəzdə 15 il, həyat yoldaşı Fərzanəni isə Məşhədə 5 il sürgündə həbsə məhkum ediliblər.

Həmid Qarahəsənli və həyat yoldaşı Fərzanə Qarahəsənli 2022-ci il noyabrın 4-də Kərəcdə Hədis Nəcəfinin qırx mərasimi zamanı həbs edilib və radikal Bəsic qüvvələrinin üzvü Ruhllah Əcəmiyanın öldürülməsində iştirak etdikləri ittihamı ilə mühakimə olunublar.

Azərbaycanlı həkim və onun həyat yoldaşı həbsdə vəhşicəsinə işgəncə ediliblər.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …