Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı fəallar Nazənin (Zəhra) Muradxanlı və Ümid Gözəli zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı fəallar Nazənin (Zəhra) Muradxanlı və Ümid Gözəli zaminə buraxılıblar.

Azərbaycanlı fəallar Nazənin (Zəhra) Muradxanlı və Ümid Gözəli yanvarın 9-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Azərbaycanlı fəallara qarşı hələlik hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilməyib.

Qeyd edək ki, Nazənin Muradxanlı 29 noyabrda atası evində rejimin məmurları tərəfindən həbs olunmuşdu. Ümid Gözəli isə noyabrın 16-da yaxalanaraq, təcridxanaya, dindirildikdən sonra isə Təbrizdə rejimin zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …