Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejiminin Təbrizdə yaxaladığı Fəraz Məhəmmədi girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə yaxaladığı 21 yaşlı azərbaycanlı fəal Fəraz Məhəmmədi girov qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı gənc məhkəməyə qədər zaminə buraxılmaq üçün 200 milyon tümənlik vəsiqə girov qoyub.

Molla rejimi azərbaycanlı gənci “məmurla toqquşma və məmuru döymək”də ittiham edib.

Qeyd edək ki, irqçi fars-molla rejimi 21 yaşlı azərbaycanlı fəal Fəraz Məhəmmədini Təbriz oktyabrın 5-də yaxalayıb və Təbrizdə rejimin ETTELAAT İdarəsinə köçürmüşdülər. Onlar azərbaycanlı gənci yaxalayarkən vəhşicəsinə döymüşdülər.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …