Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejiminin yaxaladığı 8 azərbaycanlı fəal Ərdəbildə zindanda qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurlarının Ərdəbildə yaxaladığı və ETTELAAT təcridxanasından sonra rejimin Ərdəbildəki zindanına köçürülən azərbycanlı fəallar qeyri-müəyyən şəraitdə həbsdə saxlanılırlar.

Azərbaycanlı fəallarıın ailələrinin bildirdiyinə görə, onların Ərdəbil şəhərindəki Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsinə çoxsaylı müraciətləri cavabsız qalıb.

Azərbaycanlı fəallar Əsgər Əkbərzadə, Meysəm Colani, Səid Sadiqifər, Yusif Kari, Məhəmməd Colani, Firuz Moini, Səccad Qane müqəddəm və Yaşar Əkbərzadə hazırda qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.

Həmin fəalların ailələri bildirirlər ki, Ərdəbil şəhərindəki rejimin Ümumi və İnqilab Prokurorluğunun 7-ci istintaq şöbəsinin müstəntiqi Kamyar Səlimzadə molla rejiminin göstərişi ilə fəallar barədə məhkəməyə qədər zaminə buraxılma qərarını imzalamaqdan imtina edir.

Molla rejimi həmin azərbaycanlı fəalları “Ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq, toplaşmaq və hökumətə qarşı təbliğat”da ittiham edib.

Qeyd edək ki, irqçi fars-molla rejimi baş verən və davam etməkdə olan etiraz aksiyalarla bağlı çox sayda azərbaycanlı fəalı həbs edib. Rejimin məmurları yaxaladığı azərbaycanlı fəalların bir çoxunu yaxalandıqları zaman ağır şəkildə döyülüb və bədən xəsarətləri alıblar.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …